Nazilə Səfərli ərindən söz açıb.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, şairə ona yeganə dəstəkçi olan həyat yoldaşından danışıb:
"Ərim çox rahat adamdır. Yağışda adam evdə necə rahat-rahat oturarsa, o da elə oturur. Dominos pizza
Kişi var, qadına mane olur. Onun mənə yeganə dəstəyi bu olub ki, mane olmayıb. Bu yerə gəlib çıxmağımın səbəbkarı odur. Əlimi-ayağı tutmayıb, məni istismar eləməyib. Yoxsa məni kim saxlayardı?
Müğənnilər tanıyıram ki, toydan gələn kimi ərləri tutub pullarını əllərindən alır, aparıb içkiyə, pis vərdişlərə xərcləyir.
Mənim ərim elə olmayıb. Allah ondan razı olsun, məni əsəbiləşdirmir".
Telegram kanalımız