"Məcburiyyətdən "Space" telekanalı ilə əməkdaşlığımıza son vermək ərəfəsindəyəm".
Yenisabah.az xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib.
Space TV-də "Banu" verilişinin aparıcısı olan N. Səfərli işlərinin çoxluğundan bu addımı atmaq məcburiyyətində qaldığını bildirib: Sezar pizza
"Banu" proqramı ilə ürək ağrısı ilə ayrılmaq qərarına gəldim. Kanal rəhbəri Vado Karovinə mənə inanıb, bu verilişi mənə həvalə etdiyi üçün sonsuz təşəkkür edirəm. İl yarım bu işi canla-başla etdim. "Space" isə mənim üçün çox doğma oldu. Orada bir ailə tapdım. Mən əməkdaşlığa son qoysam da, özümü hər zaman həmin ailənin bir üzvü kimi hiss edəcəyəm. Yenə gələcək aparıcı kim olacaqsa, ona da uğur arzu edirəm".
Telegram kanalımız