Nazilədən şəhidin nişanlısına ağır sözlər:   “Sənin böyüyün olsaydı...“

saytların hazırlanması

Evə çatdırılma

Nazilədən şəhidin nişanlısına ağır sözlər: “Sənin böyüyün olsaydı...“

Şou

07 İyul 2021 10:41 4723


Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli şəhidin nişanlısının evlənməsini sərt tənqid edib.

Yenisabah.az xəbər verir ki, bu haqda danışan aparıcı ailə quran xanımı şəhidin ilinin çıxmasını gözləmədiyinə görə qınayıb:

“Neçə gündür səngimək bilməyən məsələyə diqqətinizi çəkmək istəyirəm. Şəhid nişanlısı başqa bir adamla ailə qurub. Bu, böyük rezonans doğurub. Əvvəla, qeyd edim ki, 1941-45-ci il müharibəsində çox qadın dul qaldı, nişanlısı şəhid olanlar oldu. Onların bəziləri ümumiyyətlə, başlarından qara yaylığı açmadılar, bir ömür ailə qurmadılar. Hətta dərdlərindən tabak, siqaret çəkənlər də var idi, heç kim onlara nəsə demirdi, çünki bilirdilər ki, dərdlərindən çəkirlər. Bu mövzuda rezonans doğuran odur ki, xanım şəhidin ilinin çıxmasını gözləməyib. Şəhid elindir, xalqındır, sən əgər ona nişanlın kimi hörmət qoymamısansa, eldən ayıb idi, bir az gözləyərdin. Sən heç yaxşı iş görmədin, qızım. Üzündə elə bir ironiya, elə bir ismarıc var ki, sanki qisas alırsan. Atan, anan hara baxır görəsən… Əgər sənin böyüyün olsaydı, sənə yaraşan o olardı ki, qapına ikinci elçi gələndə gedib keçmiş qayınanandan icazə, halallıq alasan. Elədiyin hərəkət yaxşı deyildi, İnşallah ki, xoşbəxt olarsan. Səni alan oğlan burada canını sağlam güdəndə, sənin keçmiş nişanlın gedib şəhid olub. Bu ədalət deyil ki axı. Ən azından sən başa düşməmisənsə, o oğlan bunu başa düşməliydi”. Marqarita pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!