Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

İdman

16 İyun 2023 20:58 817


Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, uzunluğa tullanma yarışlarında ölkəni təmsil etməli olan Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək.

İdmançı ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. pizza

Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.

Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!