Azərbaycan atleti Nazim Babayev Fransanın Lievin şəhərində atletika üzrə keçirilən beynəlxalq Qış Dünya Turunun yarışında iştirak edib.
"Yeni Sabah" xəbər verir ki, 23 yaşlı idmançı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, 17,15 metr nəticə ilə gümüş medala yiyələnib və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.
Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanmışdı. Telegram kanalımız