Nazim Bəydəmirli ilə bağlı yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Nazim Bəydəmirli ilə bağlı yeni xəbər

Maraqlı

08 İyul 2023 20:35 2157


Sabiq millət vəkili, iş adamı Nazim Bəydəmirliyinin həbsindən apellyasiya şikayəti verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə N.Bəydəmirlinin vəkili Aqil Layıc məlumat yayıb.

O bildirib ki, şikayətə 10 iyul 2023-cü ildə, saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Marqarita pizza

Qeyd edək ki, N.Bəydəmirli adı açıqlanmayan vətəndaşı rüsvayedici görüntülərlə şantaj edərək, 50 min manat tələb etməkdə ittiham olunur. Vətəndaş cari il iyunun 24-də sabiq deputata 10 min manat versə də, N.Bəydəmirli qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. Daha sonra N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Nərimanov Rayon Məhkəməsi 5 iyulda sabiq deputat haqda 4 aylıq həbs qətimkan tədbiri seçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!