Nazir 190 manatlıq birdəfəlik yardımla bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir 190 manatlıq birdəfəlik yardımla bağlı xəbərdarlıq etdi

Sosial

07 Aprel 2020 18:08 2428


“Sosial şəbəkələrdə 190 manat birdəfəlik ödəmə ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır”.

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birdəfəlik ödəmə sosial təminatdan kənarda qalan insanlara, ailələrə dəstək verilməsi məqsədilə ödəniləcək: Sezar pizza

“Əgər bir ailədən bir nəfərin əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdir ki, işsiz şəxslərə verilir”. 

S.Babayev qeyd edib ki, elektron sistemə daxil olan hər bir müraciət yoxlanılır:

“İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətidir.

Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!