Nazir ABŞ-ın yeni səfirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir ABŞ-ın yeni səfirini qəbul etdi

Siyasət

05 Aprel 2019 22:44 992


Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, nazir Əbülfəs Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Səfir Örl Litzenberger 2017-ci ilin fevral ayında Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin yenidən açılmasına dair iki ölkə arasında Anlaşma Memorandumunun imzalandığını, layihənin regionlarda yaşayan Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir Anlaşma Memorandumunun icra müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq memorandumun yenidən imzalanmasının faydalı olacağını bildirib. Toyuqlu pizza

Ə.Qarayev Amerika Guşələri layihəsinə böyük önəm verdiyini və Anlaşma Memorandumunun müddətinin uzadılmasında heç bir maneə olmadığını vurğulayıb.

Görüşdə, iki ölkə arasında muzey sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Daha sonra nazir Ə.Qarayev cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək ABŞ rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirdi və qarşı tərəfi tədbirdə fəal iştiraka dəvət edib.

Səfir Örl Litzenberger dəvət üçün təşəkkürünü bildirərək məsələni diqqətdə saxlayacağını qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!