Nazir açıqladı: Belarusda koronavirusun 4-cü dalğası başladı

saytların hazırlanması

Evə çatdırılma

Nazir açıqladı: Belarusda koronavirusun 4-cü dalğası başladı

Dünya

21 Sentyabr 2021 15:31 630


Belarus səhiyyə naziri Dmitri Pineviç respublikada koronavirus pandemiyasının yeni dalğasının başladığını açıqlayıb:

“Belarusa COVID-19-un dördüncü dalğası gəldi”.

Yenisabah.az xəbər verir ki, Pineviç dördüncü dalğanın proqnozlaşdırılan müddətdən əvvəl gəldiyini qeyd edib. Toyuqlu pizza

“Epidemioloji prosesin gedişatına görə, bu dalğa gəlməli idi və ilin bu vaxtında Belarus üçün xarakterik olan klassik mövsümi epidemioloji vəziyyətimizlə üst-üstə düşür. Təəssüf ki, temperatur rejimi də əlverişli deyil. Buna görə də, yoluxmada artımı qeyd edirik”, - deyə o bildirib.

Belarusda həm yoluxma, həm də xəstələrin xəstəxanaya yerləşdirmə sayı hər gün artır.

Ümumilikdə, respublikda pandemiya başlayandan indiyədək 516 428 nəfər koronavirusa yoluxub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!