Nazir ayı əti satan “ovçu”dan danışdı: “Cavab verməli olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Nazir ayı əti satan “ovçu”dan danışdı: “Cavab verməli olacaq”

Sosial

31 Oktyabr 2019 09:54 1326


"Azərbaycanda şəxsi evlərdə və ya iaşə obyektlərində müxtəlif heyvanların saxlanması faktları azalıb".

"Yeni Sabah" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır: "Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür". Pepperoni pizza

M.Babayev eyni zamanda sosial şəbəkələrdə vəhşi heyvanların saxlanılması ilə yer alan məlumatlara da münasibət bildirib: "Qəbələdə ayı ətini satan “ovçu” saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq. Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə yayılmasından sonra həmin insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.  /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!