Ötən il Azərbaycanda 36 494 cinayət qeydə alınıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov keçirilən kollegiya iclasında deyib.
Onun sözlərinə görə, cinayətlərin 83,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Həmçinin əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89,7 faizinin açılması təmin edilib. Dördpendirli pizza
Nazir vurğulayıb ki, 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib.
Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitənin çıxarıldığını, 172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilib.
Telegram kanalımız