Nazir: BDU, ADNSU və ATU-ya tələbə qəbulu azala bilər

saytların hazırlanması

Evə çatdırılma

Nazir: BDU, ADNSU və ATU-ya tələbə qəbulu azala bilər

Sosial

13 Noyabr 2025 12:51 378


Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azala bilər.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Adambaşına maliyyələşmə sisteminə 2011‑ci ildə keçid edilmişdik, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik. Biz kəmiyyət dəyişiklikləri aparmışıq ki, daha çox tələbə gəlsin, daha çox vəsait ayrılsın, o müəllimə maaşı üçün də olsun. Bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma keyfiyyətli kadrlar yetişdirilməsi bu zaman kölgədə qalmamalıdır. İndi bu prosesin bir az tərsini getməyə məcbur olmuşuq. Məsələn, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu sayının gələcək illərdə azaldılması nəzərdə tutulur. Biz üçün əsas keyfiyyətin artırılması məqsədilə. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”, - nazir qeyd edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!