Nazir “bütün pensiyaçılar öləcək” dedi, qalmaqal yarandı

saytların hazırlanması

Evə çatdırılma

Nazir “bütün pensiyaçılar öləcək” dedi, qalmaqal yarandı

Dünya

20 Mart 2020 18:42 8439


Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri İlya Yemets Radanın müvafiq komitəsinin iclasında “bütün pensiyaçılar koronavirusdan öləcək” deməsi cəmiyyətdə böyük ajotaj yaradıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Facebook-da “Qolos” partiyasından olan deputat Yaroslav Jeleznyak məlumat verib.

Nazir bildirib ki, “xəstəlik uşaqlara təsir etmir, amma bütün yaşlılar öləcək”. Bu açıqlamanı o, tibbi araşdırmaların məlumatları əsasında etdiyini açıqlayıb. Marqarita pizza

Daha sonra, eyni iclasda Yemets səhvinə görə üzr istəyib. Son məlumatlara görə, 130-dan çox ölkədə 140 mindən çox insan COVID-19 koronavirusuna yoluxub. Bir çoxu artıq sağalıb, amma beş mindən çox insan ölüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!