Nazir Ceyhun Bayramov fransalı həmkarı ilə fikir mübadiləsi aparıb

saytların hazırlanması

Evə çatdırılma

Nazir Ceyhun Bayramov fransalı həmkarı ilə fikir mübadiləsi aparıb

Hadisə

19 Oktyabr 2020 17:33 870


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

Yenisabah.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, nazirlər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə Fransa Xarici İşlər Nazirinə məlumat verib. O qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəf aldığını göstərir. pizza hut

Nazir humanitar atəşkəsin pozmaqla bir daha Ermənistanın beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.

Nazir Jean Yves Le Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Nazir, bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!