Nazir: Dmanisidə sabitlikdir…

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Dmanisidə sabitlikdir…

Rəsmi

18 May 2021 07:09 1218


“Dmanisi rayonunda baş vermiş insidentlə bağlı istintaq davam edir. Qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri söyləyib. Nazir bildirib ki, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaq. İnsidentlə bağlı istintaq davam etdirilir.

Onun sözlərinə görə, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.

“Bununla belə, əlavə polis qüvvələri bu gecə ərzində Dmanisidə qalacaq”, - deyə V.Qomelauri vurğulayıb. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!