Nazir dostuna yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir dostuna yüksək vəzifə verdi

Siyasət

21 İyul 2025 16:47 3479


Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Zeynalov Taleh Tarix oğlu Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin olunub. 

Qeyd edək ki, 2023-cü ilə kimi "Grand-Agro Invitro" MMC-nin direktoru olmuş Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun yaxın dostudur. Məcnun Məmmədov "Agro Food Investments" MMC-nin rəhbərliyində çalışıb. "Grand-Agro" və "Grand-Agro Invitro" MMC-lər adıçəkilən şirkətin kurasyasındadır.  pizza hut

Taleh Zeynalov 2017-2018-ci ildə "PMD Group" MMC-nin, "Agro Food Investments" MMC və 2023-cü ildə isə "Grand-Agro Invitro" MMC-nin rəhbərliyində çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!