Nazir dövlət şirkətlərinin işini tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir dövlət şirkətlərinin işini tənqid etdi

İqtisadiyyat

12 Fevral 2021 12:30 742


“Bir sıra dövlət şirkətlərinin fəaliyyəti günün tələblərinə uyğun deyil. Bəzi hallarda isə idarəetmənin effektivliyinin aşağı olması müşahidə edilir. Bu şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib”.

Yenisabah.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında bildirib.

Nazirin sözlərinə görə, bəzi şirkətlər büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduqları halda, zərərlə işləyirlər: pizza mizza

“Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılmasına və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır. Dövlət şirkətlərinin borclanmlarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!