Nazir: “Əfqanıstanda şah dövrünün Konstitusiyası qüvvəyə minəcək“

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Əfqanıstanda şah dövrünün Konstitusiyası qüvvəyə minəcək“

Dünya

28 Sentyabr 2021 15:13 629


"Taliban" müvəqqəti hökumətinin Ədliyyə Nazirliyi Əfqanıstanda Məhəmməd Zahir Şahın zamanında mövcud olmuş qanunları tətbiq etdiyini açıqlayıb.

Yenisabah.az "Ofogh News"a istinadla xəbər verir ki, bunu ədliyyə naziri vəzifəsini icra edən Əbdülhakim Şəri bildirib.

Onun sözlərinə görə, bütün ölkədə Zahir Şahın dövründəki Konstitusiya tətbiq ediləcək. "Məhəmməd Zahir Şahın Konstitusiyası "Taliban" hakimiyyəti dövründə İslam qanunlarına və "İslam Əmirliyinin prinsiplərinə" zidd olan maddələrin çıxarılması ilə qüvvədə olacaq". pizza mizza

Nazir Şəri bildirib ki, "Taliban" İslam qanunlarını və "Taliban" prinsiplərinə zidd olmayan beynəlxalq qanunlara hörmətlə yanaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!