Nazir əsgərlərlə tort kəsdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nazir əsgərlərlə tort kəsdi - Fotolar

Sosial

04 Mart 2020 10:33 339


Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar. Müdafiə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan nazir Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib. Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb. https://cdn.yenisabah.az/files/km1.jpg https://cdn.yenisabah.az/files/km2.jpg https://cdn.yenisabah.az/files/km3.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!