Nazir əvəzi kadr təmizləmələri aparır

saytların hazırlanması

Evə çatdırılma

Nazir əvəzi kadr təmizləmələri aparır

Maraqlı

28 Fevral 2023 11:18 872


Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər nazirlikdən uzaqlaşdırılır. 

Son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.   Pepperoni pizza

Bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifəsindən azad edilib. 

Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!