Nazir Fərid Qayıbov gənclər təşkilatları nümayəndələri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Nazir Fərid Qayıbov gənclər təşkilatları nümayəndələri ilə görüşdü

İdman

09 Oktyabr 2021 12:33 755


Oktyabrın 9-da gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb.

Yenisabah.az-a Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Gənclər Təşkilatları Milli Şurasının ofisində keçirilən görüşdə 20 təşkilatın sədrləri iştirak edib.

Nazir gəncləri dinləyib, qazandıqları uğurlar və problemləri ilə maraqlanıb. Pepperoni pizza

Bu görüşə onların təkliflərini dinləməyə gəldiyini bildirən nazir, ölkəmizdə fəaliyyət göstərən 300-dən çox gənclər təşkilatı ilə silsiləvi görüşlər keçirəcəyini qeyd edib.

Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları sədrlərinin hər biri  təmsil etdikləri QHT-nin fəaliyyəti barədə qısa məlumat veriblər.

Sağlam gənc nəslin formalaşması ilə yanaşı, beynəlxaq müstəvidə fəallığın artırılmasında gənclər təşkilatlarının üzərinə böyük iş düşdüyünü qeyd edən Fərid Qayıbov görüşdə səsləndirilən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini və Gənclər və İdman Nazirliyinin kreativ ideyalara daim dəstək olacağını bildirib.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!