Nazir Fransanı oğurluqda ittiham etdi   - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Nazir Fransanı oğurluqda ittiham etdi - Qalmaqal

Dünya

03 Aprel 2020 18:05 745


Dünyanı təsiri altına alan koronavirus pandemiyası nəticəsində tibbi ləvazimatlara tələbatın artması “maska müharibəsi”nə səbəb olur. 

Yenisabah.az xəbər verir ki, İsveç mərkəzli səhiyyə şirkəti Mölnlycke Çindən İtaliya və İspaniyaya göndərmək üçün idxal olunan maskaların Fransa tərəfindən müsadirə edildiyini açıqlayıb. Bu hadisə Avropa Birliyinə üzv olan 4 ölkə arasında narazılığa səbəb olub. Fransanın bu addımından sonra şirkət İtaliya və İspaniya üçün təkrar Çindən idxal edəcəyi tibbi ləvazimatların bu ölkələrə Belçika üzərindən göndəriləcəyini bildirib. 

Qeyd edək ki, bir şeyi qeyd etmək lazımdır ki, maskalar Fransaya qismət olmayıb. Belə ki, Fransanın müsadirə edərək Çindən aldığı maskalara ABŞ 3 dəfə artıq ödəniş edib, buna görə də avadanlıqlar Şanxay Hava Limanından ABŞ-a aparılıb.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!