Nazir general Zeynalovun yerinə onu təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir general Zeynalovun yerinə onu təyin etdi

Siyasət

11 Mart 2025 12:46 9401


Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə yeni təyinat olub. 

 Manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə  Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətini rəisinin birinci müavini, qərargah rəisi FHN-nin ən gənc generallarından olan general-mayor Rauf Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!