Nazir generalın qardaşı oğlunu rəis təyin edib

saytların hazırlanması

Evə çatdırılma

Nazir generalın qardaşı oğlunu rəis təyin edib

Siyasət

06 Aprel 2019 21:42 13373


Xəbər verdiyimiz kimi, Daxili İşlər orqanlarında yeni təyinatlar olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. pizza

Məlumata görə, Xətai rayon Polis İdarəsinin yeni rəisi İlqar Məmmədov generalın qardaşı oğludur. 

Yeni rəisin əmisi Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Cavanşir Məmmədovdur.

Demokrat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!