"Rusiya ilə problemlərə baxmayaraq, 3+3 formatında əhəmiyyətli regional iqtisadi və geosiyasi layihələrdə iştirak etməyə hazırıq".
Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölksinin "Birinci Kanal"ına verdiyi müsahibəsində bildirib.
O əlavə edib: "Gürcüstanın Rusiya ilə regional əməkdaşlıq formatında iştirak etmək çətin olacaq, amma ölkəmiz hələ də bu layihəyə cəlb olunmaq istəyindədir". Pepperoni pizza
David Zalkaliani Gürcüstanın regional inkişaf prosesindən uzaq durmamalı olduğunu vurğulayıb: "Biz bütün yeni layihələrdə və hətta infrastruktur layihələrində iştirak etməliyik. Əks təqdirdə, bu planlar Gürcüstandan yan keçə bilər və bu halda ölkəmizin rolu zəifləyə bilər".
O, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qırmızı xətt adlandırıb:
"Əlbəttə ki, bütün böyük geosiyasi layihələrdə iştirakımız ölkənin maraqlarına ziyan vurmamalı və bəzi imtiyazların itirilməsi hesabına olmamalıdır".
Telegram kanalımız