Nazir iki prorektoru işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir iki prorektoru işdən çıxardı

Sosial

06 Oktyabr 2025 10:57 10793


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, ali məktəbin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb. Marqarita pizza

Digər əmrlə, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. O, universitetin İT Mərkəzinin direktorudur. Hazırda hər iki vəzifəni yerinə yetirir.

Qeyd edək ki, bu il fevralın 4-də dosent Rüfət Əzizov ADNSU-nun rektoru təyin olunub.

Aytac Əliyeva

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!