Nazir iki şöbə müdirini işdən çıxartdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir iki şöbə müdirini işdən çıxartdı

Siyasət

01 Aprel 2025 11:34 790


Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

 “Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

 Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb. pizza sifarişi

 Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.

 Nazir V.Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

 Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Bayramovu 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!