Nazir iranlı həmkarına müraciət etdi: Terror aktını qınadı

saytların hazırlanması

Evə çatdırılma

Nazir iranlı həmkarına müraciət etdi: Terror aktını qınadı

Maraqlı

28 Yanvar 2023 18:11 742


Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb. 

Yenisabah.az-ın xəbərinə görə, nazir Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayıb. 

F.Məmmədov ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib.  Pepperoni pizza

Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib. 

 

F.Məmmədov ümidvar olduğunu bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!