2020-ci ildən sonra Ermənistan hökuməti Mehri hissəsində Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisinin mümkünlüyü ilə bağlı araşdırmalar aparıb.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
O qeyd edib: “Memarlıq və İnşaat Universitetinə tədqiqat işləri sifariş etmək üçün səbəbimiz var idi. Vəziyyəti, nə qədər işin və hansı müddət ərzində tamamlanmalı olduğunu bilirik. Yəni bu dəmir yolu üçün nə etmək lazım olduğuna dair ilkin təsəvvürümüz var. Amma bütün bunlar siyasi, diplomatik və digər amillər həll olunarsa, baş verə bilər. Məsələ bizim sahəmizə aid olanda sırf layihələndirmə və tikinti prosesləri baş verəcək. Yenə də deyirəm, müəyyən ideyamız var və gözləyirik”. Toyuqlu pizza
Telegram kanalımız