Nazir müavini: Aİ ilə danışıqlar gedir

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini: Aİ ilə danışıqlar gedir

Dünya

24 Yanvar 2025 14:26 212


Ermənistan və Aİ arasında yeni əməkdaşlıq gündəliyinin imzalanması üçün danışıqlar aparılır.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan danışıb.

O bildirib: "Aİ ilə əməkdaşlıq üçün yeni gündəliyin imzalanması ilə bağlı danışıqlar aparılır". Dominos pizza

Ovannisyanın sözlərinə görə, Ermənistan öz maraqlarını təmin etməyə çalışır və Aİ ilə iqtisadi yaxınlaşmanın inkişafı məsələləri yeni əməkdaşlıq gündəliyi çərçivəsində həll edilə bilər: “Lakin hansısa konkret proqramlar haqqında danışmaq hələ tezdir”.

Nazir müavini qeyd edib ki, ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara kömək edə bilər.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Paşinyanın bəyan etdiyi kimi, ölkənin Aİ-yə daxil olması ilə bağlı qərar ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!