Nazir müavini: “Azərbaycan Kahramanmaraşda 825 ədəd çadır qurub“ 

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini: “Azərbaycan Kahramanmaraşda 825 ədəd çadır qurub“ 

Maraqlı

21 Fevral 2023 12:14 623


"Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində 825 ədəd çadır qurub". 

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib. 

"Bildiyiniz kimi, Kahramanmaraşda müxtəlif ərazilərdə çadır şəhərciklərimiz var. Burada tərəfimizdən zəlzələdən zərərçəkmiş insanlara yemək paylanılır. Çalışırıq ki, qarşımıza qoyulan bütün vəzifələri yerinə yetirək. Bu da bizə qürur verir. Çünki bizi bura cənab Ali Baş Komandan, xalqımız göndərib. Hazırda Azərbaycan tərəfindən göndərilən humanitar yardımlar davam etdirilir" - nazir müavini vurğulayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!