Nazir müavini həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini həbs olundu

Dünya

02 Avqust 2020 14:46 805


Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.

Yenisabah.az “Sputnik”ə istinadən xəbər verir ki, Abişev dövlət büdcəsini mənimsəməkdə günahlandırılır.

2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunan Abişev bundan əvvəl də müxtəlif dövlət qurumlarında işləyib. Dominos pizza

Qeyd olunub ki, nazir müavininin həbsi Sosial Sığorta Fondu ilə bağlı təhqiqatlarla əlaqədar ola bilər.

Sözügedən fondun rəhbəri də saxlanılıb.

Maraqlıdır ki, bütün bu proses sosial şəbəkələrdə yayılmış məlumatlardan sonra başlayıb. Belə ki, Fondun rəhbəri Aybatır Jumaqılovun arvadı ərinin ona 12-ci maşını hədiyyə etdiyini bildirməsindən sonra araşdırmalara start verilib.

Faktla bağlı istintaq aparılır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!