Nazir müavini məşuqəsinə yüksək vəzifə verdi - Ermənistanda biabırçılıq

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini məşuqəsinə yüksək vəzifə verdi - Ermənistanda biabırçılıq

Maraqlı

14 Mart 2023 10:17 920


Ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsindən istefa verən Vaan Hunanyanın yerinə yeni təyinat həyata keçirilib. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, 32 yaşlı Ani Badalyan bu posta təyin olunub.

Məlumata görə, A.Badalyan 2012-ci ildə İrəvan Dövlət Universitetinin (YDU) beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini bitirib. 2013-cü ildə isə eyni ixtisasın magistratura pilləsinə daxil olub. Yeni XİN sözçüsü 2014-cü ildən isə nazirlikdə çalışır.  Sezar pizza

İddialara görə, A.Badalyan özündən 3 yaş balaca olan xarici işlər nazirinin müavini Vaan Kostanyanın məşuqəsidir. Onların arasındakı sevgi münasibətləri barəsində zaman-zaman erməni mətbuatı məlumatlar yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!