Nazir müavini: Rusiya güzəştə getməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini: Rusiya güzəştə getməyəcək

Dünya

27 Noyabr 2025 13:46 513


Rusiya tərəfdən heç bir güzəşt olmayacaq.

"Yeni Sabah" iİnterfax-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

"Biz Tramp administrasiyasının ağlabatan həllər, ağlabatan qətnamələr tapmaq səylərini alqışlayırıq. Bu planın müxtəlif versiyaları danışıqlara aid məsələdir. Qarşımızda duran problemlərin həllinin əsas aspektlərinə, o cümlədən "xüsusi hərbi əməliyyat" (Ukraynada müharibə - red.) kontekstinə dair hər hansı güzəştdən və ya yanaşmalarımızdan hər hansı təslim olmaqdan söhbət gedə bilməz", - Ryabkov bildirib. Dominos pizza

Nazir müavininin sözlərinə görə, Rusiya məqsədlərinə, daha yaxşı olar ki, diplomatik yollarla nail olmağa hazırdır: “Hər hansı gecikmələr olarsa, o zaman "xüsusi hərbi əməliyyat" çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!