Nazir müavini rüşvətə görə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini rüşvətə görə saxlanıldı

Dünya

09 Fevral 2025 15:43 17118


Rusiya Federasiyasının Udmurtiya Respublikasının səhiyyə nazirinin müavini Natalya Kropoçeva saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Udmurtiya məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Nazir müavini 1.3 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur. pizza hut

İstintaqın məlumatına görə, əvvəllər 2 saylı Şəhər Xəstəxanasının baş həkimi vəzifəsini tutan Kropoçeva cəsədlərin tibb müəssisəsindən daşınması ilə bağlı müqavilənin bağlanmasına köməklik göstərdiyi üçün dəfn xidməti göstərən təşkilatın nümayəndəsindən 1,3 milyon rubl məbləğində rüşvət alıb.

Onun barəsində aprelin 6-dək həbs qətimkan tədbiri seçilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!