Nazir müavini təyin olunan Fariz Rzayev haqda maraqlı məlumatlar

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini təyin olunan Fariz Rzayev haqda maraqlı məlumatlar

Siyasət

03 Sentyabr 2020 22:10 4560


Xəbər verdiyimiz kimi Xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub.  Prezident  İlham Əliyevin Sərəncamı ilə Fariz Rzayev Azərbaycanın Xarici işlər nazirinin müavini təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. pizza sifarişi

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb.

2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir. Fariz Rzayev 3 İyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin “Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi”nə müdir vəzifəsinə təyin edilib.

Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.  

Təhsil nazirliyinin Aparat rəhbəri vəzifəsin çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!