Nazir müəllimlərin maaşlarının verilməsi ilə bağlı danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir müəllimlərin maaşlarının verilməsi ilə bağlı danışdı

Sosial

11 Mart 2020 02:23 357


"İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub".

"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əməkhaqqlarının ödənilməsi qaydasından danışarkən deyib.

"Bizim insanların əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir. Marqarita pizza

Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək", deyə - Təhsil naziri bildirib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!