Nazir ödənişli təhsilin ləğvi haqda suala belə cavab verdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Nazir ödənişli təhsilin ləğvi haqda suala belə cavab verdi - Video

Sosial

16 Sentyabr 2019 11:53 2453


Bir müddətdir ki, Azərbaycanda dövlət ali məktəblərində ödənişli təhsilin ləğv olunması haqda təşəbbüslər irəli sürülür. Bununla bağlı bəzi millət vəkilləri də bu təşəbbüsləri dəstəkləyiblər.

“Yeni Sabah” xəbər verir ki, Təhsil Naziri Ceyhun Bayramov dövlət ali məktəblərində ödənişli təhsilin ləğv olunmasının mümkün olub-olmaması haqda suala cavab verib. Amma cavabda nazir yalnız ali təhsillə bağlı ümumi olaraq danışıb və qeyd olunan təşəbbüs haqda heç nə deməyib:

“Ödənişli təhsillə bağlı Azərbaycan dövlətinin prioriteti ondan ibarətdir ki, təhsilin bütün pillələrində təhsilin imkanlarını genişləndirsin.  Toyuqlu pizza

Bu istiqamətdə sistemli işlər görülür. Mən yalnız 2019-cu ildə bu istiqamətdə atılan addımlar barədə məlumat verə bilərəm. 

Dövlət ali məktəblərində dövlət hesabına və ödənişli təhsil alan tələbələr var. Dövlət hesabına oxuyanlar yüksək akademik nəticələr əldə etmiş şagirdlərdir ki, dövlət sifarişi ilə oxuyurlar. 

Eyni zamanda bir qrup vətəndaşlar var ki, onların da övladları akademik naliyyətlərindən asılı olmayaraq dövlət hesabına oxuyur. Bu şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş, birinci və ikinci qrup əlilliyi olan şəxslərdir ki, onlar dövlət hesabına oxuyurlar. Dövlət sifarişi ilə bağlı onu deyə bilərəm ki, ötən illə müqayisədə yerlərin sayı 66 faiz artırılıb”. 

Nazir bu il 20 min 500 tələbənin dövlət sifarişi əsasında təhsil aldığını vurğulayıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!