Nazir onu vəzifədən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir onu vəzifədən azad etdi

Siyasət

31 Mart 2020 11:03 1430


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov vəzifəsindən azad edilib.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Təhsil Naziri Ceyhun Bayramov imzalayıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumatı saytımıza təsdiqləyib. Toyuqlu pizza

O bildirib ki, Adilxan Xəlilov öz ərizəsi ilə işdən azad edilib:

“A.Xəlilov bir müddətdir ki, səhhəti ilə bağlı müalicə olunur. Bu ilin yanvarında Türkiyədə əməliyyat olunduqdan sonra o, gərgin iş rejimində çalışa bilməyəcəyini bildirib. A.Xəlilov işdən azad olunmaqla bağlı ərizə ilə müraciət edib və onun xahişi təmin olunub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!