Nazir Pərvin Kazımovu işdən çıxardı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazir Pərvin Kazımovu işdən çıxardı - Foto

Siyasət

09 Oktyabr 2025 19:25 1645


Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən azad edilib. 

Qayanarinfo-nun əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb. 

Onu sözügedən idarədə rəis müavini işləyən Xəlil İbrahimov əvəz edib.  pizza

Qeyd edək ki, Pərvin Kazımov ötən ilin dekabr ayında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə rəis təyin edilmişdi. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!