Türkiyənin Daxili işlər naziri Süleyman Soylu tabeliyində çalışan polis əməkdaşlarına ailə qurmağı tövsiyə edib.
Yenisabah.az xəbər verir ki, Türk Polis Təşkilatının yaranmasının 165 illiyi münasibətilə paytaxt Ankarada bir polis şöbəsinin ziyarət edən nazir səmimi söhbəti ilə jurnalistlərin diqqətini çəkib.
Həmsöhbət olduğu polis əməkdaşlarına “Allah sizlərdən razı olsun. Siizn sayənizdə camaat evində rahat oturub” deyən Soylu sonra onların evli, yoxsa subay olduğu ilə maraqlanıb. 33 yaşlı polis zabitinin subay olduğunu deməsi naziri xeyli təəccübləndirib. O, görüşdə iştirak edən polis zabitlərinə koronavirusdan sonra evlənməyi tövsiyə edib. Dördpendirli pizza
Nazir Ankara Baş Polis İdarəsinin rəisi Sərvət Yılmaza subay olan polis əməkdaşlarını nəzarətdə saxlamağı tapşırıb.
Telegram kanalımız