Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... - Foto

Hadisə

26 Mart 2025 12:22 10042


13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzlandırılıb.

WhatsApp Image 2025-03-26 at 11.49.13.jpeg (10 KB) pizza hut

Çingiz Yunisov

Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Çingiz Yunisov ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    SEYİD NƏSLİNDƏN OLAN MİRSALEH SEYİDOV SÜBUT EDƏ BİLƏRKİ HƏQİQƏTƏN HALAL ÇÖRƏK YEYİR?
    1 year ago