"Rusiya ilə sərhəddə yerləşən Kazbegi-Yuxarı Lars keçid məntəqəsinin bağlanması üçün heç bir səbəb görmürəm".
Yenisabah.az "Novosti-Georgia"ya istinadla xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.
O deyib: "“Rusiya vətəndaşları həmişə Gürcüstana gəliblər. İndi də gələcəklər. Niyə indi onların girişini məhdudlaşdırmalıyıq? Onlar geniş miqyasda gəlib və hətta 2011-ci ildə cənab Saakaşvili onları qarşılayıb, ölkəyə dəvət edərək onlara bir şüşə şərab verib”. pizza mizza
Qomelauri etiraf edib ki, Gürcüstan-Rusiya sərhədindəki nəzarət-buraxılış məntəqəsi Rusiya Federasiyasını tərk etmək istəyənlərin çoxluğuna görə son həddə işləyir. Onun sözlərinə görə, əraziyə əlavə polis qüvvələri göndərilib.
Xatırladaq ki, hazırda Gürcüstan gömrüyü fövqəladə iş rejiminə keçib.
Telegram kanalımız