"Rusiya qazını tam əvəz etmək praktiki olaraq qeyri-mümkündür, çünki Rusiya qazı qlobal təchizatın təxminən yarısıdır".
Yenisabah.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, bunu Qətərin energetika naziri Saad bin Şəridə əl-Kaabi bildirib.
Onun sözlərinə görə, Rusiya qazı dünya qaz təchizatının təxminən 40 faizini təşkil edir. Sezar pizza
Qətərin energetika naziri deyib: "Energetika siyasətdən kənarda qalmalıdır. Hətta mənim ölkəm Ukrayna böhranında heç kimin tərəfini saxlamayıb. Biz qazın Avropaya ixracı üçün müqavilələr bağlaya bilərik, lakin bu, bizə də xeyir verməlidir.
Daha əvvəl Qətərin keçmiş xarici işlər naziri Həməd bin Casim Körfəz ölkələrini öz maraqlarını nəzərə almadan Qərb dövlətləri ilə münasibətdə siyasətlərini davam etdirməmək barədə xəbərdarlıq edib: "Qərb ölkələri Fars körfəzi ölkələrinə xəzinə kimi baxır. Zamanla onu açmağa çalışanlar çətinlik və fəlakətdən başqa bir şeylə üzləşmir".
Telegram kanalımız