Nazir: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq

Sosial

17 Noyabr 2025 14:09 596


Bəzi kənd məktəblərində bir sıra fənlər, xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var".

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

O deyib: “Əslində, müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”. Marqarita pizza

Nazir qeyd edib ki, məsələnin mahiyyəti dəyişməlidir: “Yəni saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!