Nazir sabiq səfirin qızını buna görə işdən çıxarıb

saytların hazırlanması

Evə çatdırılma

Nazir sabiq səfirin qızını buna görə işdən çıxarıb

Sosial

28 Avqust 2025 14:40 2413


Xəbər verdiyimiz kimi, ötən ay Hicran Əyyubova Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə yeni direktor təyin edilib. 

Kollecin sabiq direktoru Səhər Orucova isə vəzifəsindən azad edilib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Səhər Orucova işdən çıxarılması ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Sabiq direktor bildirib ki, müqavilə müddəti bitdiyi üçün vəzifəsindən ayrılıb. O, hələlik hər hansı bir vəzifəyə təyinat almadığını deyib və yaxın gələcəkdə bunun baş verəcəyini də istisna etməyib.  pizza hut

Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!