Nazir sıra baxışı keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir sıra baxışı keçirdi

Maraqlı

11 Oktyabr 2022 21:35 1072


Oktyabrın 11-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Nazir şəxsən onlayn qaydada müraciət etmiş hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Əvvəlcədən elan olunmuş tələblərə uyğun olan 337 nəfər seçilərək seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1 nəfəri isə şəhid ailəsinin üzvü olub. Dominos pizza

Sonda çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!