Nazir təhsil sahəsində baş verən korrupsiya faktlarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir təhsil sahəsində baş verən korrupsiya faktlarından danışdı

Sosial

27 Yanvar 2020 09:45 777


"Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".

"Yeni Sabah" xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib. Pepperoni pizza

Həmçinin, müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.

"Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək", - deyə nazir qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!