Nazir təyinatından bir ay sonra istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir təyinatından bir ay sonra istefa verdi

Dünya

14 Oktyabr 2019 10:14 875


Cənubi Koreyanın ədliyyə naziri Ço Quk istefa verib.

"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, buna səbəb Ço Qukun adının hallandığı korrupsiya qalmaqalıdır.

Bir neçə həftədir Seulda kütləvi etiraz aksiyaları keçirilir, etirazçılar Ço Qukun istefasını tələb edirdilər. Belə ki, nazirin islahatlar aparmaq istədiyi prokurorluğun elə onun öz ailəsinə qarşı korrupsiya və nazirin qızını Tibb Universitetinə düzəltməyə cəhd göstərmək şübhəsi ilə istintaq başlatması etirazların əsas səbəbi idi. Pepperoni pizza

Bu gün istefa verən nazir "ailəmlə bağlı proseslərə görə xalqdan üzr istəyirəm. Ancaq islahatlar aparmaq üçün əlimdən gələni etmişəm. İslahatlardakı rolum başa çatdı", - deyə bildirib.

Qeyd edək ki, Ço Quk bu vəzifəyə bir ay öncə təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!