Nazir: “Türkiyə Rusiya ilə yeni qaz müqaviləsi imzalanacağına ümid edir”

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Türkiyə Rusiya ilə yeni qaz müqaviləsi imzalanacağına ümid edir”

İqtisadiyyat

21 Sentyabr 2021 14:54 1305


“Türkiyə Rusiya da daxil olmaqla, müxtəlif ölkələrlə qaz tədarükü üçün yeni müqavilələrin bağlanmasını müzakirə edir.

Yenisabah.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə enerji nazirinin müavini Alparslan Bayraktar bildirib.

“Bu il hamımız üçün çox çətin olacaq. Amma Azərbaycan və Rusiya kimi mövcud təchizatçılarımızla yaxşı münasibətdəyik. Yeni tədarük həcmlərini, yeni müqavilələri müzakirə edirik, çünki bəzi müqavilələr, məsələn, “Qazprom”la olan ilin sonunda başa çatır. Rusiya ilə müqavilələri, digər ölkələrlə yeni müqavilələri müzakirə edirik”, – deyə nazir qeyd edib. Dördpendirli pizza

Alparslan Bayraktar Türkiyənin ən qısa müddətdə Rusiya ilə qaz tranziti ilə bağlı uzunmüddətli bir müqavilə bağlanacağına ümid etdiyini vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!